ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyədə terrorçuların 70-dən çox sığınacağı məhv edilib

Türkiyədə terrorçuların 70-dən çox sığınacağı məhv edilib

Türkiyədə “Qəhrəmanlar-33” antiterror əməliyyatı keçirilib.

"Respublika" xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya "X" sosial şəbəkəsində yazıb.

Nazir əməliyyatın 12 vilayətdə aparıldığını və terrorçuların sığınacaqlarında gizlətdikləri müxtəlif silah, sursat və partlayıcı maddələri məhv etmək məqsədi daşıdığını bildirib.

Qeyd olunub ki, əməliyyat nəticəsində 78 sığınacaq dağıdılıb və külli miqdarda tank əleyhinə silahlar, haubitsa və top mərmiləri üçün döyüş sursatı, həmçinin tank əleyhinə silahlar ələ keçirilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR