Bakıda qohumuna xəsarət yetirməkdə təqsirləndirilən Rəşad Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
insanhuquqlari.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Şəlalə Həsənovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 28-də keçiriləcək.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü Rəşad Cəfərov qohumlar arasında şəxsi münasibətlər zəminində mübahisə zamanı 1967-ci il təvəllüdlü Əlməhəmməd Orucova ov tüfəngindən atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinir. R.Orucova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.