
ABŞ-ın Kaliforniya ştatının San Fransisko şəhərində ağır yol qəzası baş verib.
insanhuquqlari.az xarici mətbuata istinadən xəbər verir ki, idarəetmədən çıxan avtomobil avtobus dayanacağına çırpılıb.
Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Məlumata görə, sürücü avtomobili oğurlayıbmış və hadisə polisdən qaçmağa çalışarkən baş verib.
Qəzadan sonra şübhəli şəxs saxlanılıb.