ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

İki nəfərin ölümündə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

İki nəfərin ölümündə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elmir Yusibovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

insanhuquqlari.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Natiq Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 11-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında baş verib. Belə ki, minik avtomobilinin ağaca çırpılması nəticəsində 1990-cı il təvəllüdlü Bəsti Aslanova hadisə yerində dünyasını dəyişib. Qəza zamanı 1988-ci il təvəllüdlü Elmir Yusibov, 1999-cu il təvəllüdlü Bayram Hacıyev, 2007-ci il təvəllüdlü Xudayar Rəfiyev və 1997-ci il təvəllüdlü Aişə Hacıyeva xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. A.Hacıyeva müalicə aldığı xəstəxanada vəfat edib. Qəzanı törətməkdə şübhəli bilinən Elmir Yusibova qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
F. Hacıyeva

Oxşar xəbərlər
SON XƏBƏRLƏR