Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Milli Günü münasibətilə təbrik edib.
insanhuquqlari.az xəbər verir ki, bu barədə XİN-in tvitter hesabında yerləşdirilən paylaşımda deyilir.
“Qardaş Pakistan İslam Respublikasının Milli Günü münasibətilə Pakistan hökumətinə və xalqına ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq” - qeyd olunub.