Gəncədə qadın qətlə yetirilib, əri şübhəli şəxs qismində tutulub.
Bu barədə insanhuquqlari.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Gəncə şəhər sakini Züleyxa Şirinovanın aldığı bıçaq xəsarətlərindən xəstəxanada ölməsi faktına görə Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin əri Ruslan Şirinov şübhəli şəxs qismində saxlanılıb.
F. Hacıyeva