Sumqayıtda tanışını öldürməkdə təqsirləndirilən Azər Dadaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
insanhuquqlari.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Corat qəsəbə sakini 1985-ci il təvəllüdlü A.Dadaşov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək tanışı1989-cu il təvəllüdlü Cavid Şirməmmədovu qəsdən öldürməkdə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
F.Hacıyeva