ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bu tarixdə Vardanyanın istefası elan ediləcək

Bu tarixdə Vardanyanın istefası elan ediləcək


Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət hissəsində məskunlaşan terorçu rejimin rəhbəri Arayik Harutyunyan fevralın 23-də xüsusi müraciətlə çıxış edəcək.

Bu barədə hakimiyyətə yaxın "Joxovurd" qəzeti məlumat dərc edib.

Məlumata görə, terrorçuların rəhbəri Moskvanın oraya "dövlət naziri" kimi göndərdiyi Ruben Vardanyanın vəzifəsindən azad olunmasını elan edəcək.

Qeyd olunub ki, "dövlət naziri" vəzifəsinə yeni namizəd separatçıların "baş prokuroru" Qurgen Nersisyandır.

Onu da deyək ki, Vardanyanın istefası ilə bağlı məlumatı "Hraparak" qəzeti də dərc edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR