ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ordumuzun polkovnik-leytenantı vəfat etdi - Foto

Ordumuzun polkovnik-leytenantı vəfat etdi - Foto

Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağayev Vüqar Şümşəd oğlu kəskin miokard infarktından vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Bundan başqa Azərbaycan ordusunun ehtiyatda olan polkovniki Şahin Şahbazov da vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, Ş.Şahbazov Birinci Qarabağ müharibəsində iştirak edib. O, uzun müddət hərbi hissə komandiri olub və artilleriya hərbi birləşmələrinin formalaşdırılmasında yaxından iştirak edib.

Allah rəhmət eləsin!

Fotoda Şahin Şahbazov

Ordumuzun polkovnik-leytenantı vəfat etdi - Foto

Oxşar xəbərlər
SON XƏBƏRLƏR