ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

BDU tələbəsinin valideynləri Türkiyədə zəlzələdə həlak oldu

BDU tələbəsinin valideynləri Türkiyədə zəlzələdə həlak oldu


Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Türkiyədə baş vermiş zəlzələdə valideynlərini itirib.

insahuquqlari.az Modern.az-a istinadən xəbər verir ki, BDU-nun tələbəsi, Türkiyə vətəndaşı olan Xədicə İlikin ata-anası Adıyaman bölgəsində dağıntılar altında qalaraq həlak olub.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 40 minə yaxın insan dünyasını dəyişib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR