Azərbaycanda fəaliyyət göstərən sahibkarların Türkiyəyə etdikləri yardımların həcmi məlum olub.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, sahibkarların rəsmi bank hesablarından Türkiyəyə yardım məqsədilə 1 milyon 610 min 700 manat, 29 milyon 293 min türk lirəsi (2 milyon 635 min 943 manat), 1 milyon 330 min 764 dollar (2 milyon 262 min 236 manat) məbləğində vəsait köçürülüb.
Qeyd edək ki, sahibkarlar tərəfindən edilən yardımların ümumi məbləği 6 milyon 508 min 879 manata bərabərdir.