ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə vətəndaşları Azərbaycana təxliyə olunacaq? - RƏSMİ

Türkiyə vətəndaşları Azərbaycana təxliyə olunacaq? - RƏSMİ


Dünəndən etibarən quru yolu vasitəsilə 201 nəfər vətəndaşımız zəlzələ bölgəsindən təxliyə olunub.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

XİN sözçüsü bildirib ki, onların arasında bir neçə Türkiyə vətəndaşı da var:

“Onlar da təxliyə olunublar. Avtobuslar hazırda yoldadır və Gürcüstan sərhədinə yollanırlar. Bu gün neçə nəfərin təxliyə olunacağı hələ tam dəqiq deyil. Bu, yalnız siyahıya alınmadan asılıdır. Ondan sonra tam dəqiq say deyə bilərik".

Zəlzələ bölgəsindən Türkiyə vətəndaşlarının təxliyəsinin davam etdirilməsinə gəlincə, A.Hacızadə qeyd edib:

"Bu, ehtiyaclardan və siyahıya alınmadan asılıdır. Amma Azərbaycan tərəfi bütün istiqamətlərdə vətəndaşlarımıza və ehtiyacı olan şəxslərə yardım etmək istiqamətində səylərini davam etdirir. Dünən təxliyə olunanlar arasında 3 Türkiyə vətəndaşı da olub".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR