ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Naxçıvanla Türkiyə arasındakı sərhəd açıldı

Naxçıvanla Türkiyə arasındakı sərhəd açıldı


Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gündən etibarən Naxçıvan Muxtar Respublikasında yerləşən Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən şəxsi avtomobillərin keçidinə icazə verilib. Lakin qeyd edilib ki, sərhədi keçmək istəyənlər yalnız Naxçıvan MR qeydiyyatındakı şəxslər olmalıdır. Onlar minik avtomobilləri ilə sərhədi keçə, eləcə də geri qayıda bilərlər. Hələlik avtobusların gediş-gəlişinə qoyulan qadağa isə qüvvədə saxlanılıb.

Qeyd edək ki, koronavirus pandemiyası zamanı Azərbaycanın quru sərhədləri bütün qonşu ölkələr üçün bağlansa da, Naxçıvan MR-dən Türkiyə və İrana gediş-gəlişə icazə verilirdi. Lakin 2022-ci il iyulun 1-dən etibarən yük maşınları istisna olmaqla Naxçıvan sərhədi də qonşu ölkələr üçün bağlanmışdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR