ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Misir Prezidenti Azərbaycana başsağlığı verdi

Misir Prezidenti Azərbaycana başsağlığı verdi


Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu ilə bağlı Azərbaycana başsağlığı verib.

Misirin dövlət başçısı başsağlığını yanvarın 28-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə çatdırıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR