ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

​Ötən gün yaralanan Vasif 4 saatlıq əməliyyat keçirdi

​Ötən gün yaralanan Vasif 4 saatlıq əməliyyat keçirdi


Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı terrorçunu zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib. O qeyd edib ki, əməliyyat olunan yaralının vəziyyəti yaxşıdır: “Həyatı təhlükəsi yoxdur”.

Vasifin anası Təranə Tağıyeva isə Xebertime.info-a bildirib ki, oğlu əməliyyatı haqda ona əvvəlcədən məlumat verməyib: “Bizə məlumatı dostu verir. Çiynində güllə yarası, çənəsində sınıq olub. Əməliyyat dörd saat yarım çəkib”.

Qeyd edək ki, ötən gün saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki əməkdaş isə yaralanıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR

love horoscope today download reddit free coloring pages for kids