ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Daha bir ölkə Ukraynaya artilleriya silahı verəcək

Daha bir ölkə Ukraynaya artilleriya silahı verəcək


İsveç Ukraynaya “Archer” özüyeriyən artilleriya qurğuları göndərəcək.

Bu barədə İsveçin xarici işlər naziri Tobias Bilstrom məlumat verib.

O, göndəriləcək artilleriya qurğularının sayını və nə vaxt göndəriləcəyini açıqlamayıb.

Bilstrom bildirib ki, Ukrayna Qərbdən daha çox hücum silahı almalıdır.

Diplomat “Expressen” jurnalına müsahibəsində Ukraynaya “Archer” qurğularının verilməsi qərarını təsdiqləyib.

Onun sözlərinə görə, hazırda məsələ Stokholmun silahı göndərib-göndərməməsi deyil, onun nə vaxt göndərməsidir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR