ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Prezidentin bu gün açılışını etdiyi parkdan EKSKLÜZİV GÖRÜNTÜLƏR

Prezidentin bu gün açılışını etdiyi parkdan EKSKLÜZİV GÖRÜNTÜLƏR


Bu gün Prezident İlham Əliyev Bakıda Mərkəzi Parkın ikinci hissəsinin açılışında iştirak edib.

Mərkəzi park Bakı şəhərinin köhnə Sovetski məhəlləsində, Abdulla Şaiq, Nəriman Nərimanov və Mirzə Ağa Əliyev küçələrində yerləşən parkın birinci hissəsinin açılışı 22 may 2019-cu il tarixində baş tutub.

Paytaxtın keçmiş “Sovetski” adlanan ərazisində yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və abadlıq işlərinə 2013-cü ilin noyabr ayında başlanılıb. Avstriyalı memar Yans Hoffmanın layihələndirdiyi Mərkəzi Parkın salınmasında məqsəd Bakının simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətini müasir xidmətlərə uyğun təşkil etməkdir.

Mərkəzi Parkın ikinci hissəsinin istifadəyə verilməsi ilə keçmiş “Sovetski” ərazisində salınan parkın ümumi sahəsi 26,4 hektara çatdırılıb. Park 5,4 kilometr uzunluğunda olan piyada yolları, 18 hektarlıq yaşıllıq sahəsi, 7 uşaq meydançası, 2 idman meydançası, 6 fəvvarə kompleksi, 190 avtomobillik açıq, 347 avtomobillik isə qapalı dayanacaqdan ibarət olmaqla, paytaxtın ən gözəl istirahət guşələrindən birinə çevrilib.

Mərkəzi Parkın ərazisində iki açıq kafe, bir fəvvarə kompleksi və avtomobillər üçün açıq dayanacaq da fəaliyyət göstərəcək.

PhotoStock.az-ın ərazidən hazırladığı fotoreportajı təqdim edirik:

Prezidentin bu gün açılışını etdiyi parkdan EKSKLÜZİV GÖRÜNTÜLƏR
Prezidentin bu gün açılışını etdiyi parkdan EKSKLÜZİV GÖRÜNTÜLƏR





Oxşar xəbərlər
SON XƏBƏRLƏR