ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Qətərdəki səfirimiz geri çağırıldı - Yerinə o təyin olundu

Qətərdəki səfirimiz geri çağırıldı - Yerinə o təyin olundu


Azərbaycanın Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşad Fail oğlu İsmayılov Azərbaycanın Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının digər Sərəncamı ilə Mahir Məmməd oğlu Əliyev Azərbaycanın Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Mahir Əliyev daha əvvəl Suriyada səfir kimi çalışıb. 2015-ci ildə Azərbaycanın Əlcəzairdəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 2020-ci ildə isə Birləşmiş Ərəb Əmirliklərinə səfir kimi göndərilib. O bu ilin oktyabrında səfir vəzifəsindən geri çağırılıb.

Fotoda Rəşad İsmayılov
Qətərdəki səfirimiz geri çağırıldı - Yerinə o təyin olundu

Oxşar xəbərlər
SON XƏBƏRLƏR