“Bu il ilk dəfə Şuşa şəhərində BMT bayrağı dalğalandırılıb”.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Nazir xatırladıb ki, bu il Azərbaycanın BMT-yə üzvlüyə qəbulunun 30 ili tamam oldu:
“Hesab edirəm ki, Şuşada BMT bayrağının dalğalandırılması tarixi hadisədir”.
Xatırladaq ki, bu ilin martın 18-də Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri iştirak ediblər.