ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Prezident Mahmud Abbası təbrik etdi

Prezident Mahmud Abbası təbrik etdi


Prezident İlham Əliyev Fələstin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

İnanıram ki, ölkələrimiz arasında münasibətlər birgə səylərimizlə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da uğurla inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Fələstin xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR