ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Rəşad Dağlı qonşusunu buna görə ÖLDÜRÜB (YENİLƏNİB)

Rəşad Dağlı qonşusunu buna görə ÖLDÜRÜB (YENİLƏNİB)


Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.

DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.


Hadisəyə İsgəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsi səbəb olub.

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.

*** 08:48

Meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayonunda qətl törədib.

“Report” xəbər verir ki, 1984-cü il təvəllüdlü R.Əmirov İsgəndər adlı şəxsi (soyadı dəqiqləşdirilir - red) bıçaqla öldürüb.

R.Əmirov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR

love horoscope today download reddit free coloring pages for kids