ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

“Qarabağ” Fransa klubuna qalib GƏLDİ

“Qarabağ” Fransa klubuna qalib GƏLDİ


Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib.

Qurban Qurbanovun yetirmələri Avropa Liqasının qrup mərhələsinin II turunun matçına çıxıb.
Ağdam təmsilçisi Fransa “Nant”ını qəbul edib. Liqa1 təmsilçisi ilə qarşılaşma “Qarabağ”ın qrupdakı ilk ev sınağı olub.

Ötən həftə Almaniyada keçirilən “Frayburq”la matçda (1:2) olduğu kimi yenə oyunun əvvəlində rəqib daha üstün olub. Lakin fransalıların 10-15 dəqiqəlik təzyiqinin qarşısını inamla alan “Qarabağ” bu dəfə də təşəbbüsə yiyələnib.

Ağdamlıların ilk yarıda sərgilədiyi üstün futbol nəticə verməsə də, fasilədən az sonra hesab açılıb. Ovusu Kvabena “Nant”ın qapısına yol tapıb – 1:0. Qonaqlar buraxılan qoldan özünə gəlməmiş Abdullah Zubir ikinci topu fransalıların qapısından keçirib. Rəqibin matçın sonunadək təzyiq altında saxlayan “Qarabağ” Marko Yankoviçlə fərqi üç topa çatdırıb. 3:0 hesablı darmadağını rəsmiləşdirən yarımmüdafiəçi cari mövsüm qrupda ikinci qoluna imza atıb.

Qrupun digər qarşılaşması Yunanıstanda təşkil olunub. Yerli “Olimpiakos” Almaniya təmsilçisi “Frayburq”u qəbul edib. Bundesliqa klubu ardıcıl ikinci qələbəsini qazanıb – 3:0.

Qeyd edək ki, III turun görüşləri oktyabrın 6-da baş tutacaq. “Qarabağ” Yunanıstan çempionu “Olimpiakos”la qarşılaşacaq. Qarılaşma Pireydə keçiriləcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR