ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Paytaxtda bəzi ərazilərdə “pulsuz Wi-Fi” xidməti DAYANDIRILIR - SİYAHI

Paytaxtda bəzi ərazilərdə “pulsuz Wi-Fi” xidməti DAYANDIRILIR - SİYAHI


Bakıda bir çox yerdə quraşdırılan “pulsuz Wi-Fi” xidməti dayandırılacaq.

Bu barədə “Bakı Telefon Rabitəsi” MMC-nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Alidə Mustafayeva İTV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gündən etibarən bu ərazilərdə “İctimai Wi-Fi” xidməti fəaliyyət göstərməyəcək:

- “Qış parkı”
- “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi
- “Sabir bağı”
- “Xaqani” bağı
- “Axundov bağı”
- “Zabitlər” parkı
- “Hüseyn Cavid” parkı
- “İzmir” parkı
- “Sahil bağı”
- “Səməd Vurğun” bağı
- “Muğan” bağı,
- “Fashion Avenue” parkı
- “Dədə Qorqud” parkı
- Beynəlxalq Avtovağzalın perronu.

Eyni zamanda üç ərazidə “pulsuz Wi-Fi” xidmətinin fəaliyyətinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub. Bunlar Dənizkənarı Milli Park, Dövlət Bayraq Meydanı, Heydər Əliyev Mərkəzinin parkıdır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR

love horoscope today download reddit free coloring pages for kids