ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

"Qarabağın su hövzələrində yarış keçirilə bilər" - Əhməd İsmayılov

"Qarabağın su hövzələrində yarış keçirilə bilər" - Əhməd İsmayılov


"Bakı buxtasında yelkənli idman üzrə beynəlxalq yarışlar keçirilə bilər".

Bunu, Azərbaycan Yelkən Federasiyasının Ümumi Yığıncaq üzvü, MEDİA-nın direktoru Əhməd İsmayılov mətbuat konfransında deyib.

O, yeni əcnəbi mütəxəssislərin gəlişi ilə hədəf və ambisiyaların böyüdüyünü bildirib: "Klublarımızda rəqabətin artırılması ilə yeni idmançıları heyətə cəlb edəcəyik. Təhsil Nazirliyinin də dəstəyi ilə məktəblilərin bu növə marağını artırmaq istəyirik. Rəqabət nəticəsində gələcək beynəlxalq yarışlarda yüksək nəticələr göstərəcəyik".

İsmayılov federasiyada Şuşa ilə bağlı müzakirələrin aparıldığını söyləyib: "Bu növdə külək əsas xüsusiyyətdir. Məhz Şuşanı deyə bilmərəm, amma Qarabağın su hövzələrində qiymətləndirmə aparıldıqdan sonra orada yarış keçirilə bilər".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR

love horoscope today download reddit free coloring pages for kids