ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Hüseyni girov götürənlər şərtlərini açıqladılar

Hüseyni girov götürənlər şərtlərini açıqladılar


Neftçalalı tələbənin Ukraynada rus əsgərləri tərəfindən girov götürüldüyü iddia olunur.

insahuquqlari.az Report-a istinadla xəbər verir ki, rayonun Tatarməhlə kənd sakini, 2002-ci il təvəllüdlü Hüseyn Amin oğlu Abdullayev orta təhsilini başa vurduqdan sonra Ukraynanın Mariupol Dövlət Universitetinə qəbul olub.

Doğmalarının dediyinə görə, artıq üç ildir universitet tələbəsi olan H.Abdullayev srağagün Mariupol şəhərində rus ordusunun əsgərləri tərəfindən girov götürülüb.

Hazırda tələbənin valideynləri və digər doğmaları çox narahatdır.

Onlar H.Abdullayevin xilas edilməsi üçün dövlətdən yardım istəyirlər.

***

Ukraynada rus əsgərlərinin girovluğunda olduğu iddia edilən neftçalalı tələbəni atası ilə danışdırıblar.

Bu barədə tələbənin atası Amin Abdullayev məlumat verib.

"Mariupol Universitetinin 3-cü kurs tələbəsi olan oğlum - Abdullayev Hüseyn Amin oğlu bildirdi ki, sığınacaqdan çıxaraq şəhəri tərk etmək istəyərkən avtomaşında olan şəxslərlə birgə maskalı hərbçilər tərəfindən saxlanılıb.

Oğlumun telefonuna cavab verən şəxslər Qafqaz ləhcəsində, amma rus dilində danışırdılar. Hüseyni girov götürmüş şəxslər yaxın saatlarda şərtlərini açıqlayacaqlar".

***

Ukraynada rus əsgərlərinin girovluğunda olduğu iddia edilən 20 yaşlı neftçalalı tələbə Hüseyn Abdullayevi anası ilə danışdırıblar.

Tələbəni girov götürənlər bu səhər danışıqlarında onunla bağlı qərarlarını yaxın saatlarda bildirəcəklərini desələr də, sonradan komandanlığın əmrini gözlədiklərini vurğulayıblar.

Tələbənin anası ağladığı üçün danışıq yarıda kəsilib.

***

Ukraynada Azərbaycanın Neftçala rayonundan olan tələbə Hüseyn Abdullayevi girov götürənlər onun qaytarılma şərtini açıqlayıblar.

Bu barədə tələbənin əmisi Cahid Abdullayev bildirib.

“Bir saat bundan öncə qardaşım oğlu Hüseyn Abdullayevi girov götürənlər mənimlə telefonla əlaqə saxladılar. Dedilər ki, Ukraynada bizim əsirlər var. Əsirlər dəyişdirilən zaman Abdullayevi də rus əsirinə dəyişə bilərik” - deyə Cahid Abdullayev bildirib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR