ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Baş nazirlər Zelenski ilə görüşmək üçün KİYEVƏ GEDİRLƏR

Baş nazirlər Zelenski ilə görüşmək üçün KİYEVƏ GEDİRLƏR


Polşa, Çexiya və Sloveniyanın baş nazirləri Kiyevə yola düşüblər.

Bu barədə Polşa hökumətinin başçısının ofisi məlumat yayıb.

"Mateuş Moravetski, Piotr Fiala və Janez Yanşa, həmçinin Polşa Baş nazirinin təhlükəsizlik üzrə müavini, hakim Hüquq və Ədalət Partiyasının lideri Yaroslav Kaçinski Kiyevə yola düşürlər. Səfərin məqsədi bütün Avropa İttifaqının Ukraynanın suverenliyi və müstəqilliyinə birmənalı dəstəyini təsdiqləmək, həmçinin Ukrayna dövlətinə və cəmiyyətinə geniş dəstək paketini təqdim etməkdir", - deyə qeyd olunub.

Bildirilir ki, Avropa Şurasının nümayəndələri kimi onlar Ukrayna prezidenti Vladimir Zelenski və Ukraynanın baş naziri Denis Şmıqalla görüşəcəklər.

Qeyd olunur ki, bu səfər barədə beynəlxalq təşkilatların, o cümlədən BMT-nin vasitəçiliyi ilə beynəlxalq ictimaiyyət məlumatlandırılıb.

Bu, fevralın 24-də Rusiyanın Ukraynaya silahlı təcavüzü başlayandan bəri beynəlxalq qonaqların Kiyevə ilk səfəridir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR

love horoscope today download reddit free coloring pages for kids