ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Donuz ürəyi köçürülmüş insan vəfat etdi

Donuz ürəyi köçürülmüş insan vəfat etdi

Geni modifikasiya olunmuş donuz ürəyinin köçürüldüyü ilk insan əməliyyatdan iki ay sonra ABŞ-da vəfat edib.

insahuquqlari.az xəbər verir ki, bu barədə Merilənd ştatı universitetinin tibb mərkəzi məlumat yayıb.

Məlumatda sağalmaz ürək xəstəliyi olan 57 yaşlı Devid Bennetin martın 8-də axşam öldüyü bildirilir. O, tarixə geni modifikasiya edilmiş donuz ürəyinin köçürüldüyü ilk insan kimi daxil olub.

Tibb mərkəzinin məlumatında qeyd edilib ki, Bennetin səhhəti martın 8-dən bir neçə gün əvvəl pisləşməyə başlayıb. Həkimlər onun ölümünün dəqiq səbəbini açıqlamayıblar.

Bennet ağır ürək xəstəliyindən əziyyət çəkirdi. Daha əvvəl ona ABŞ-ın bir neçə aparıcı transplantasiya mərkəzi ənənəvi əməliyyat aparmaqdan imtina etmişdi. Eksperimental prosedur onun son yaşamaq şansı idi. Ürək köçürülmə əməliyyatı bu il yanvarın 7-də aparılıb.

ABŞ hökumətinin məlumatında görə, hazırda təqribən 110 min amerikalı orqan köçürülməsinə növbə tutub. Hər il onlardan təqribən 6 min pasiyent növbəsi çatmamış dünyasını dəyişir.

Heyvan orqanlarının insana köçürülməsi dünyada geniş öyrənilir. Ksenotransplantasiya minlərlə insan həyatını potensial xilas edə bilər, lakin bu prosesdurda risk halları, o cümlədən köçürülmüş toxumadan imtina ediləcəyi və ölümlə nəticələnəcək risk də var.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR

love horoscope today download reddit free coloring pages for kids