ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ukrayna hərbçiləri Derqaçini azad etdilər

Ukrayna hərbçiləri Derqaçini azad etdilər


Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətindəki Derqaçi şəhərini azad edib və əraziyə tam nəzarət edir.

insahuquqlari.az UNİAN-a istinadən xəbər verir ki, bunu Xarkov vilayəti hərbi administrasiyasının sədri Oleq Sinequbov deyib.

"Orada uzun müddətdir ki, aktiv döyüşlər gedir. Rusiya hərbçiləri şəhəri mühasirəyə almağa cəhd edib. Lakin hərbçilərimiz onları həmləsini dəf edərək, əks-hücum əməliyyatına başlayıb", - Sinequbov qeyd edib.

Administrasiya rəhbərinin sözlərinə görə, Rusiya tərəfinin itkiləri arasında 2 tank və 2 zirehli texnika da var.

Ukrayna ordusu heç bir itki verməyib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR