ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Xarkovda həlak olan azərbaycanlılarla bağlı AÇIQLAMA

Xarkovda həlak olan azərbaycanlılarla bağlı AÇIQLAMA

Ukraynanın Xarkov şəhərində vəziyyət ağır olaraq qalmaqdadır. Ölkəmizin Xarici İşlər Nazirliyinin təlimatları əsasında Fəxri konsulluq həmvətənlərimizə dəstək olmaq məqsədilə fəaliyyətini davam etdirir.

Bu barədə Azərbaycanın Xarkovdakı Fəxri konsulluğundan məlumat verilib.

Bildirilib ki, bu gün səhər saatlarından etibarən artıq 100 nəfərdən çox azərbaycanlı Xarkov şəhərindən təxliyə edilib.

“Ötən gün Xarkov şəhərinin 5 kilometrliyində yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən azərbaycanlı olan, Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası dünyasını dəyişib. Onların sağ qalan 2 övladı hazırda qohumlarının himayəsi altındadır. Çerkaskie Tişki gəndi ətrafında döyüşlərin getməsi əhalinin təxliyəsini mümkünsüz edir. Azərbaycanın Fəxri konsulluğu kənd administrasiyası ilə daimi əlaqə saxlayır və uşaqların vəziyyəti ilə maraqlanır. Həmvətənlərimizin təhlükəsiz təxliyəsi üçün işlər davam etdirilir".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR