ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ərdoğan Putin və Zelenskiyə Türkiyədə görüş təklif etdi

Ərdoğan Putin və Zelenskiyə Türkiyədə görüş təklif etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putindən müsbət cavab alacağı təqdirdə Türkiyə, Rusiya və Ukrayna prezidentlərinin üçtərəfli görüşünü təşkil etmək istəyir.

Türkiyə lideri sözügedən görüşün Ankara və ya İstanbulda keçirilməsinin mümkünlüyünü açıqlayıb.

"Cənab Zelenski onunla görüşümüz zamanı dedi ki, üçtərəfli görüş ideyasına müsbət yanaşır. Əgər cənab Putin də bu məsələyə eyni müsbət yanaşarsa, ümid edirəm ki, biz İstanbulda və ya Ankarada görüşə bilərik. Bu arada onunla telefon danışığı zamanı buna necə baxdığını soruşmaq istəyirəm. Buna görə də çalışacağıq. Çünki regionda real müharibə pis əlamətdir", - Ərdoğan BƏƏ-dən gələrkən təyyarədə jurnalistlərə deyib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR