ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Zelenski Azərbaycan Prezidentinə təşəkkür EDİB

Baxış Sayı:15

Zelenski Azərbaycan Prezidentinə təşəkkür EDİB

“Ukraynanı, bizim suverenliyimizi, dövlətlərimiz arasında mövcud olan birgə layihələri dəstəklədiyinizə görə Sizə təşəkkür edirəm. Əminəm ki, həmin layihələr gələcəkdə bizim münasibətlərimizi inkişaf etdirəcək”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayanaya səfəri çərçivəsində keçirilən geniş tərkibli görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Bu gün biz bir neçə məsələni qaldırdıq: enerji xarakterli, infrastruktur, nəqliyyat məsələləri, hərbi-texniki əməkdaşlıq və sair – çoxlu məsələlər. Düşünürəm ki, aqrosənaye kompleksi məsələsi ən vacib məsələdir, ona görə ki, bu gün ərzaq təhlükəsizliyi təbabətdə təhlükəsizlik və ya dünyada prioritet olan enerji təhlükəsizliyi və müstəqillik ilə müqayisədə heç də az aktual deyil. Fikrimcə, bu birgə layihələrin başlanğıcı kimi mühüm sənədləri biz hökmən imzalayacağıq və bu layihələrin nazirliklər səviyyəsində tamamlanmasını davam etdirəcəyik.

Azərbaycan Prezidentinə bir daha təşəkkür etmək istəyirəm ki, belə mürəkkəb bir zamanda Ukraynaya səfər üçün vaxt tapıb. Bu, birinci səfər deyil və artıq dəqiq başa düşürəm ki, sonuncu səfər də deyil”, - V.Zelenski qeyd edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR