ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ermənistan Qazaxıstana daha 100 hərbçi göndərdi - FOTO

Ermənistan Qazaxıstana daha 100 hərbçi göndərdi - FOTO

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində Qazaxıstana daha 100 hərbçi göndərib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyindən məlumat yayıb.

Missiya zamanı Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı bölməsi müstəsna olaraq strateji əhəmiyyətli binaların və infrastrukturların mühafizəsi funksiyalarını yerinə yetirəcək.

Xatırladaq ki, ötən gün Qazaxıstan Təhlükəsizlik Şurasının iclasında çıxış edən prezident Kasım-Jomart Tokayev yardım üçün KTMT ölkələrinin liderlərinə müraciət etdiyini bildirib. O, Qazaxıstanda baş verən iğtişaşları xarici təcavüz hesab etdiyini, qarışıqlığa səbəb olan terrorçu dəstələrin isə xaricdə təlim keçdiklərini vurğulayıb.

Ermənistan Qazaxıstana daha 100 hərbçi göndərdi - FOTO
Ermənistan Qazaxıstana daha 100 hərbçi göndərdi - FOTO
Ermənistan Qazaxıstana daha 100 hərbçi göndərdi - FOTO

Oxşar xəbərlər
SON XƏBƏRLƏR