ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

"Əl-Qaidənin yeni lideri İrandadır" - BMT hesabatı

"Əl-Qaidənin yeni lideri İrandadır" - BMT hesabatı


Birləşmiş Millətlər Təşkilatının bu təşkilata üzv ölkələrin məlumatlarına əsaslanaraq hazırlanan hesabatında deyilir ki, İranda olduğu güman edilən misirli radikal islamçılardan biri hazırda Əl-Qaidə qruplaşmasının faktiki lideridir.

62 yaşlı Seyf əl-Ədl uzun müddətdir ki, ötən il Kabildə Amerikanın aviazərbələri nəticəsində öldürülən Eymən əl-Zəvahirinin mümkün varisi kimi xatırlansa da, Əl-Qaidə hələlik bunu ictimaiyyətə açıqlamayıb.

BMT-nin Təhlükəsizlik Şurasında "İslam Xilafəti və Əl-Qaidə"-yə qarşı sanksiyalara nəzarət komitəsinin bazar ertəsi dərc etdiyi sözügedən hesabatında deyilir ki, Taliban hakimiyyəti altında İran və Əfqanıstanla bağlı siyasi müstəvidəki həssaslıq indiyədək Seyfin Əl-Qaidədəki yeni rolunun rəsmi təsdiqinə mane olub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR