ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Polisə tabesizlik göstərən "Lexus" sürücüsü saxlanıldı

Baxış Sayı:28

Polisə tabesizlik göstərən "Lexus" sürücüsü saxlanıldı


Bakıda polisə tabesizlik göstərən sürücü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

İyunun 22-də saat 17 radələrində Biləcəri qəsəbəsi ərazisində “Lexus” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşlarında sürücü, Bakı şəhər sakini Hümbət Nəbiyevin narkotik vasitə istifadə etməsi şübhə yaradıb. Onu tibbi müayinəyə aparmaq istəyərkən sürücü polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərib.

H.Nəbiyev saxlanılaraq Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil verilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR