ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Konstitusiya Məhkəməsi sürücülük vəsiqəsinin verilməsi proseduruna baxacaq

Konstitusiya Məhkəməsi sürücülük vəsiqəsinin verilməsi proseduruna baxacaq


Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən xəbərə görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” qanunun 35-ci və 35-1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 11-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsi sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması, 35-1 maddəsi isə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə bağlıdır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR

love horoscope today download reddit free coloring pages for kids