ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

2023-cü ilin ilk gününün qəzaları

2023-cü ilin ilk gününün qəzaları


Ötən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb.

Bu barədə DİN-in məlumatında qeyd olunub.

Belə ki, yanvarın 1-də saat 10 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Çünzəli kənd sakini G.Cəfərov idarə etdiyi “Ford” markalı yük avtomobilini arxaya verərkən yolu keçən Xəlilabad kənd sakini N.Nuriyevanı vurub. Nəticədə piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Həmin gün saat 13 radələrində paytaxtın Nizami rayonu ərazisində, “Şəfa” stadionun yaxınlığında Bakı şəhər sakinləri V.Abdullayevin idarə etdiyi “Mercedes” və P.Əlizadənin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə V.Abdullayev, sərnişinləri A.Allahyarova və K.Namazova hadisə yerində, P.Əlizadə və sərnişini J.Aslanova xəstəxanada ölüb.

Eyni gündə saat 19 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Şamaxı rayon sakini R.İsayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini E.Əzizovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəzaların hər biri ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR