Rusiya lideri Vladimir Putin xalqa video-müraciət edib.
İnsanhuquqları xəbər verir ki, bir neçə dəqiqə öncə baş tutan müraciətdə Putin əsasən Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirilməsi və Rusiyanın ilk dəfə qitələrarası ballistik raketlərdən istifadəsi istiqamətində danışıb.
Putinin əsas tezisləri bunlardır:
- Noyabrın 19-da ABŞ istehsalı olan altı ATACMS operativ-taktiki raketi və noyabrın 21-də Böyük Britaniya istehsalı olan “Storm Shadow” sistemləri ilə Bryansk və Kursk vilayətlərində Rusiya Federasiyasının hərbi obyektlərinə zərbələr endirilib; Rusiya hava hücumundan müdafiə qüvvələri hücumları dəf edib və düşmən öz məqsədlərinə nail olmayıb;
- Bu andan etibarən, biz dəfələrlə vurğuladığımız kimi, Ukraynada əvvəllər Qərbin təhrik etdiyi münaqişəyə qlobal xarakterli elementlər əldə edilib;
- Rusiya özünü Rusiya Federasiyasına qarşı silahdan istifadə edən ölkələrin hərbi obyektlərinə qarşı silah tətbiq etmək hüququna malik hesab edir;
- Qoşunlarımız bütün döyüş təmas xətti boyunca uğurla irəliləyir, qarşımıza qoyduğumuz bütün vəzifələr öz həllini tapacaq;
- Rusiya Silahlı Qüvvələri Amerika və Britaniya silahlarının Rusiyaya hücumlarına cavab olaraq Ukraynanın hərbi-sənaye kompleksinin obyektinə kompleks zərbə endirdi;
- Rusiya eskalasiyaya qəti və güzgü effekti ilə cavab verəcək;
- Rusiyanın istifadə etdiyi raket “Oreşnik” adlanır. Hazırda “Oreşnik” raketlərinin qarşısını almaq mümkün deyil;
- Ən son rus raketləri hədəflərə saniyədə 2-3 km sürətlə hücum edir, düşmənin mövcud raketdən müdafiə sistemləri onların önünü kəsmir;
- Rusiya Federasiyası əvvəlcədən ukraynalı mülki şəxslərə raketlərdən istifadə edildikdə təhlükə zonasını tərk etməyi təklif edəcək.
- Rusiya Federasiyası Yujmaşı nüvəsiz hipersəs ballistik raketlə vurub;
- Rusiya dinc vasitələrə üstünlük verir, eyni zamanda hadisələrin istənilən inkişafına hazırdır, cavab həmişə olacaq.