ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Əgər bu ölkə Ukraynaya silah ötürsə… - Putin

 Əgər bu ölkə Ukraynaya silah ötürsə… - Putin

Əgər Cənubi Koreya Ukraynaya silah tədarük etməyə başlasa, Rusiya cavab tədbirləri görəcək.

İnsanhuquqları xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin deyib.

“Əgər bu baş verərsə, o zaman biz də müvafiq qərarlar qəbul edəcəyik və inanmıram bu qərarlar Cənubi Koreyanın hazırkı rəhbərliyinin xoşuna gəlsin”, - Putin Hanoyda mətbuat konfransında bildirib.

Putin qeyd edib ki, Cənubi Koreyanın Moskva-Pxenyan sazişindən narahat olması üçün heç bir əsas yoxdur:

“Çünki imzalanmış saziş yalnız sazişin tərəflərindən birinə qarşı təcavüz halında yardım nəzərdə tutur. Bildiyimə görə, Koreya Respublikası KXDR-ə qarşı təcavüz planlaşdırmır, bu o deməkdir ki, bizim bu sahədə əməkdaşlığımızdan qorxmaq lazım deyil”.

Qeyd edək ki, Rusiya və Şimali Koreya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq sazişi imzalanıb. Cənubi Koreya isə bundan sonra Ukraynaya ölümcül silahların verilməsi imkanlarına yenidən baxmağı planlaşdırdığını açıqlayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR