Sentyabrın 23-də ABŞ-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İran Prezidenti Məsud Pezeşkianla Türk Evində keçirilən görüşündə İran Prezidentinin strateji məsələlər üzrə müavini Məhəmməd Cavad Zərif iştirak etməyib.
İnsanhuquqları xəbər verir ki, bu barədə sosial media platformalarında məlumat yayılıb.
Məlumatlara əlavə edilən fotolarda Zərifdən başqa Pezeşkianın müavinlərinin hamısının iştirak etdiyi əks olunub.
Zərifin görüşdə iştirak etməməsinin səbəbi barədə rəsmi açıqlama verilməsə də, bir sıra qeyri-rəsmi mənbələr iddia edir ki, Zərif iki dövlət başçısının görüşünün Türk Evində keçirilməsinə etiraz etdiyinə görə görüşə qatılmayıb.