ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə ordusu 12 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu 12 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri “Fırat Kalkanı” (“Fərat Qalxanı”) əməliyyatının keçirildiyi bölgədə sabitliyi pozaraq atəş açan PKK/YPG-PYD terror qruplaşmasının 12 silahlısını zərərsizləşdirib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.

Qeyd edək ki, “Fırat kalkanı” əməliyyatının keçirildiyi bölgə Türkiyə ilə Suriya sərhədində yerləşir.

2016-cı il avqustun 24-də Türkiyə Silahlı Qüvvələri həmin ərazidə Azad Suriya Ordusu ilə birlikdə İŞİD, PKK/YPG-PYD terror qruplaşmalarına qarşı antiterror əməliyyatı həyata keçirib.

Ərazi terrorçulardan 2017-ci il martın 29-da təmizlənib.

Hazırda bölgə türk hərbçiləri və Azad Suriya Ordusunun nəzarəti altındadır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR