ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Əməlləri ilə xalqının rəğbətini qazanan insan

Əməlləri ilə xalqının rəğbətini qazanan insan



Bu gün paytaxt Bakıda aparılan geniş quruculuq işləri hər bir vətəndaşın diqqət mərkəzindədir.Bakımız gündən-günə gözəlləşir və müasirləşir.Gözəl park və xiyabanlar, geniş prospektlər, möhtəşəm və modern binalar Azərbaycan paytaxtının ayrılmaz atributlarına çevrilib.Dövlət Müstəqilliyimizin arxada qalan 31 ilində icra olunan proqramlar, layihələr bu məqsədə çatmaq üçün bizə gözəl imkanalar yaradır.

Təbi ki, bu görülən işlərin yüksək inkişaf fonunda insan əməyi faktoru dayanır.Öz əməyi ilə, mübarizliyi ilə dövlət proqramının inkişafında gücünü-qüvvətini əsirgəməyən ləyaqətli dövlət məmurlarının əməyi danılmazdır. Biz,İnsanhüquqları.az olaraq bu işdə xüsusi əməyi olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyevin xüsusi rolunu önə çəkmək istəyilə bu mövzuya toxunduq. Məramı və məqsədi ilə ölkə Prezidentinin tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra edən,habelə paytaxt Bakımızın inkişafında müstəsna xidmətləri olan bu nəcib əməllər sahibi haqqında özəl fikirlərimizi paylaşmaq qərarına gəldik.
İlk öncə xatırladaq ki,Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısının "Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqında" 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda şəhər üzrə mənzil-kommunal xidməti sahəsində vahid idarəetmə orqanı olaraq yaradılıb.
Bu gün Rafael Mehralıyevin həyata keçirdiyi düzgün idarəçilik nəticəsində Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti bir çox göstəricilərilərlə nailiyyətlər qazanıb.Paytaxt əhalisinin mənzil kommunal xidmətlərinə olan tələbatı tam şəkildə ödənilməsi,mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yaxşılaşdırılması, abadlaşdırılması və onların qorunması sahəsində lazımi tədbirlərin görülməsi, bütövlükdə Rafael Mehralıyevin müstəsna xidmətlərinin bəhrəsidir. Xüsusən Koronavirus (COVID-19) pandemiyası dövründə şəhərin sanitar norma və qaydalara əməl olunması vəziyyətinin yüksək səviyyədə saxlanılması bu şəxsin gördüyü işlər siyahısındadır.
Rafael Allahverdiyevin rəhbərliyi altında Departament, Böyük Britaniyanın Mott Mac Donald şirkəti ilə birgə hazırlanmış bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi uğurla həyata keçirərək əhalinin sağlamlığı istiqamətində mühüm işlər görür.Ətraf mühitin çirklənmədən qorunması kimi mühüm əhəmiyyət kəsb edən bu layihə uğurla həyata keçirilir və ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınaraq istifadəyə verilib. Eləcə də Mənzil fondunun,habelə kommunal cümlədən abadlıq, tikinti təyinatlı obyektlərin əsaslı təmiri, şəhər yollarının istismarı, cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin olunması işi yüksək dəqiqliklə aparılır.
Bu gün böyük inamla Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinə rəhbərlik edən Rafael Mehralıyev öz işgüzarlığı və bacarığı ilə tanınıb-sevilən dövlət məmurlarındandır.Hər zaman Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiqliyini nümayiş etdirən, düzgün ideyası ilə cənab prezientinin çağırışlarına qoşulan, ədalətliliyi və humanistliyi ilə ictimaiyyətin böyük sevgisini qazanan bu şəxs,böyük ictimaiyyət tərəfindən qəbul olunaraq lazımınca qiymətləndirilir Bu gün paytaxt sakinlərinin böyük əksəriyyəti böyük iftixarla bu adı hallandırırlar.
Sonda hörmətli Rafael Mehrəliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində bol-bol uğurlar diləyirik: “Rafael müəllim, Xalqın,dövlətin saf əqidəli insanları Sizinlədir”!!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR

love horoscope today download reddit free coloring pages for kids