ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Metroda şəxsiyyət vəsiqələrinin yoxlanılma SƏBƏBİ BİLİNDİ

Metroda şəxsiyyət vəsiqələrinin yoxlanılma SƏBƏBİ BİLİNDİ

Son vaxtlar Bakı metrosunda polis əməkdaşları tərəfindən aparılan yoxlamalar daha da gücləndirilib.

Xüsusi yoxlama cihazından əlavə polislər metroya daxil olan vətəndaşlardan şəxsiyyət vəsiqələrini də tələb edirlər.

Vəsiqələrin hansı səbəbdən tələb olunması isə çox adama məlum deyil.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin yoxlamalar metroya daxil olan COVID-19 xəstələrinin müəyyən edilməsi üçündür:

"Dünən bu yoxlamalar sayəsində 3 aktiv koronavirus xəstəsi müəyyən edilib. Onlarla profilaktiki söhbətlər aparılıb və hər biri müalicə aldıqları ünvana yerləşdiriliblər",-deyə Elşad Hacıyev əlavə edib.("Bizim.media")

Oxşar xəbərlər
SON XƏBƏRLƏR

love horoscope today download reddit free coloring pages for kids