ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Etirazçılar Nyu-Yorkun merinə çıxış etməyə imkan vermədilər - VİDEO

Etirazçılar Nyu-Yorkun merinə çıxış etməyə imkan vermədilər - VİDEO
Bruklində keçirilən aksiyada etirazçılar Nyu-York şəhərinin meri Bill de Blazionun çıxışına imkan verməyib.

Bu barədə TASS məlumat yayıb.

Minneapolis şəhərində öldürülən afroamerikalı Corc Floydun xatirəsinə həsr edilən mitinqə bir neçə min insan toplaşıb. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, polis aksiyaya helikopterlə nəzarət edib.

Hamının Corc Floydun qardaşı Corc Tedin çıxışını gözlədiyi vaxt xitabət kürsüsünə Bill de Blazio çıxıb.

Bundan hiddətlənən aksiya iştirakçıları “Heç bir siyasətçi”, “Sənin komendant saatın cəhənnəm olsun!” şüarlarını səsləndiriblər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR