ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Səməd Səmədov COVID-19-dan vəfat edib? - Klinikadan AÇIQLAMA - YENİLƏNİB

Baxış Sayı:48

Səməd Səmədov COVID-19-dan vəfat edib? - Klinikadan AÇIQLAMA - YENİLƏNİB


"74 yaşlı xəstə Səməd Səmədov ötən gün gecə saatlarında "Yeni Klinikanın" reanimasiya şöbəsinə çox ağır - tənəffüs çatışmazlığı, ciddi dirəncli potenziya vəziyyətində daxil olub".

Bunu klinikanın reanimatoloqu Emil Qasımov deyib.

Onun sözlərinə görə, xəstənin saturasiyası 60-70 arasında idi: "Təzyiqi qaldırmaq üçün maksimal dozada təzyiq qaldıran dərmanlar istifadə olundu. Xəstəyə lazımi dəstək müalicəsi olunsa da, aparılan müayinələr nəticəsində prokansin dəyərinin çox yüksək olması, bakterial infeksiyanın əlavə olunmasına sübut idi. İnfeksiya və iltihabı markerlər çox yüksək idi. Xəstədə kəskin böyrək çatışmazlığı təsbit edildi. Kreatin dəyərləri 2,5 dəfə yüksəlmişdi və xəstənin sidik çıxışları demək olar ki, yox idi. Xəstə heç 24 saat reanimasiya şöbəsində qalmadı. 15-16 saat müddətində xəstəni saxlaya bildik. Bütün bu fonda müdaxilələrə baxmayaraq xəstədə ürək dayanması baş verdi. Ölüm səbəbi sebtik şok diaqnozu idi".

***

18:41

Xalq artisti Səməd Səmədov vəfat edib.

Bu barədə onun yaxınları məlumat yayıb.

Xalq artistinin koronavirus səbəbindən dünyasını dəyişdiyi bildirilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR