ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

DAHA BİR BÖHRAN: Evlərin qiyməti niyə artır... - GƏLİŞMƏ

Baxış Sayı:23

DAHA BİR BÖHRAN: Evlərin qiyməti niyə artır... - GƏLİŞMƏ

"İki il əvvəl qlobal böhran başlayanda iqstisadçılar, ekspertlər əmlak qiymətlərinin kəskin ucuzlaşacağını proqnozlaşdırırdılar. Qiymətlərin 20-30 faiz düşəcəyi qeyd edilirdi. Ancaq faktiki olaraq fərqli bir durum müşahidə edilməyə başladı".
Bu barədə Bizimyol.info saytına əmlak məsələləri üzrə ekspert Elnur Azadov danışıb. O, qeyd edib ki, pandemiya ilə bağlı ölkədə təhsil obyektlərinin bağlanması, rayonlara gediş-gəlişə məhdudiyyətin qoyulması, kafe-restoranların fəaliyyətinin dayanması ilk olaraq kirayə bazarına təsir etdi.

"Regionlardan təhsil almağa gəlib, ucuz kateqoriyada olan mənzilləri kirayə götürən şəxslər gəlmədiyi üçün bu evlərin istifadəçiləri olmadı. Böyük şəhərlərdə kirayə götürülən əmlakların 15-18 faizi bu tələbələrin payına düşür. Karantinlə bağlı öz bölgələrinə qayıdan tələbələrin evləri boşaldı. Eyni zamanda günlük kirayə verilən evlər də boşaldı. Yəni ilk olaraq ucuz kirayə verilən əmlaklar təsirə məruz qaldı" - deyə E.Azadov bildirib. Onun sözlərinə görə, bir müddət əvvəl kafe-restoranların fəaliyyəti dayanmışdı və bu dayanma da əmlak bazarına təsir edirdi. Həmin ərəfədə ticarət obyektlərinin kirayəsi də düşdü. Vəziyyət tədricən düzəlsə də, ümumi daşınmaz əmlak bazarında xüsusi dəyişikliklərin olmadığını bildirən eskpert, daha çox inşaat sektorunda qiymətlərdə dəyişikliklərin olduğunu vurğulayıb.

"Bu, daha çox 2018-ci ildə tikinti normativlərinin dəyişdirilməsi ilə bağlıdır. Çünki tikinti sıxlığı əmsalı bazara təsir etməyə başladı. Eyni zamanda pandemiya dövründə tikinti sektorunun fəaliyyəti dayanmadı, işlər davam etirildi. Qiymətlərdə ciddi endirimlər olmasa da, kiçik endirimlər oldu. Tikinti şirkətləri müəyyən aksiyalar keçirdilər, endirimlər elan etdilər. Ancaq vəziyyətin ümumi qiymətlərə təsiri olmadı. Normativlərin və yeni vergi qaydalarının tətbiq olunması, eyni zamanda inşaat materiallarının qiymətinin qalxması sonrakı dövrdə ilkin bazarda, yəni daim fəaliyyətdə olan bazardakı qiymətlərin 15-17 faiz artımına səbəb oldu. Yeni tikililərin qiymətləri əvvəlkilərdən 15-17 faiz daha bahadır",- deyə ekspert bildirib.

İkinci əl bazara gəldikdə isə,burada qiymətlərin 3-5 faiz ucuzlaşması müşahidə olunur. Bunun normal olduğunu qeyd edən E.Azadov bu ucuzlaşmanın bazara təsir etmədiyini əlavə edib. Qiymətlərdə olan dəyişiklik alıcılıq bazarına da təsir edib. Hazırda daşınmaz əmlak bazarında canlanma olduğunu qeyd edən mütəxəssis, bunu yeni tədris ilinin başlanması ilə əlaqələndirir. Onun fikrincə, tədris ilinin başlanması ilə bağlı, regionalrdan tələbələr gəlir və ucuz kirayə bazarında qıtlıq yaşanır. Belə ki, əgər pandemiya dövründə ucuz evlərin qiyməti 20-25 faiz düşmüşdüsə, indi bahalaşma müşahidə edilir.

"Digər əmlakların qiymətində isə dəyişiklik yoxdur",- deyə ekspert əlavə edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR