ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Olimpiadada ilk döyüşündə qalib gəlmiş boksçumuz: “Tokiodan medalsız qayıtmayacağam”

Baxış Sayı:47

Olimpiadada ilk döyüşündə qalib gəlmiş boksçumuz: “Tokiodan medalsız qayıtmayacağam”
“İlk döyüş həmişə ağır olur. Ona görə də üçüncü raundda yorğunluq var idi. Şükür Allaha, qalib gəldim”.

Bunu az öncə Tokio Olimpiadasındakı ilk döyüşündə qalib gələrək 1/8 finala vəsiqə qazanan boksçu Məhəmməd Abdullayev deyib.

O, beş gün sonra özbəkistanlı dünya və üçqat Asiya çempionu Bahadur Cəlalovla belə erkən görüşmək istəmədiyini bildirib:

“İstərdim ki, Tayfur Əliyevlə Lorenso Sotomayor da ilk döyüşdə qalib gəlsin. Onların ilk görüşdə uduzması pis oldu.

Bu rəqiblə əvvəl döyüşməmişdim, amma onu tanıyırdım. Ayın 29-dakı rəqibim bu çəkinin ən güclüsüdür, dünya çempionudur. Əsas rəqibim odur, onunla da ikinci görüşdə qarşılaşmalı olacağam.

Bura kimi əziyyət çəkib gəlmişəm. Burdan medalsız qayıtmayacağam”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR