ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya XİN təyyarə qəzası ilə bağlı bu xəbəri təkzib etdi

Rusiya XİN təyyarə qəzası ilə bağlı bu xəbəri təkzib etdi

NATO ölkələrində yerləşən xarici agentlərin təqdimatı ilə internetdə Rusiya Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının yüksək vəzifəli əməkdaşlarının guya 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı Azərbaycan və Qazaxıstan xarici işlər nazirliklərinin nümayəndələri ilə versiyalar hazırlamaq barədə danışıqlar apardığını iddia edən yalan məlumat yayılır.

İnsanhuquqları xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, bu məsələ ilə bağlı adıçəkilən ölkələrin xarici siyasət idarələri ilə heç bir danışıqlar aparılmayıb:

“Qəzanın səbəblərinin araşdırılması müvafiq qurumlar tərəfindən həyata keçirilir. Aydındır ki, bu cür qərəzli dezinformasiyanın arxasında siyasi sifariş dayanır. İnsan faciəsi üzərindən piar cəhdlərini ləyaqətsizlik və qəbuledilməz hesab edirik”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR