ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Təyyarə qəzasında yaralanan 6 nəfərin vəziyyəti ağırdır - Üçü

Təyyarə qəzasında yaralanan 6 nəfərin vəziyyəti ağırdır - Üçü


Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində yaralananlardan altısının vəziyyəti ağırdır.

İnsanhuquqları xəbər verir ki, bu barədə Manqistau regional xəstəxanasının həkimləri məlumat yayıb.

6 nəfərdən 3-nün Azərbaycan, digər 3-nün isə Qırğızıstan vətəndaşları olduğu bildirilib.

Qazaxıstan Səhiyyə Nazirliyi də sərnişinlərin vəziyyətinin ağır olması faktını təsdiqləyib.

Qeyd edək ki, 2 gün əvvəl Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb.

Təyyarənin hər iki “qara qutu”su artıq aşkar edilib və onların beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR