Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dəmir Yolları QSC-də (ADY) yeni təyinat həyata keçirilib.
İnsanhuquqları QSC-yə (ADY) istinadən xəbər verir ki, Arif Ağayev ADY sədrinin müavini vəzifəsinə təyin edilib.
Bundan əvvəl ADY sədrinin müşaviri vəzifəsində çalışan A.Ağayev sərmayələrin idarə olunması, beynəlxalq maliyyə qurumları ilə əlaqələr və strateji hədəflərin icrasına nəzarətə məsul olub.
ADY-də çalışdığı müddətdə A.Ağayev əməliyyat səmərəliliyi və sərmayələr proqramlarına rəhbərlik edib.