BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 14-də “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması”nın təşkilatçılığı ilə Avropada miqrantlara qarşı təzyiqlərə, dözülməz münasibətə etiraz olaraq aksiya keçirilib.
İnsanhuquqları xəbər verir ki, aksiyada iştirakçılar üzərində iqlim dəyişikliyinə qarşı mübarizəyə və miqrantların hüquqlarının müdafiəsinə çağırışa dair şüarlar yazılmış plakatlar qaldırıblar.